Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan kişi BELƏ xilas edildi - VİDEO

Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan kişi BELƏ xilas edildi - VİDEO

Hazırda oxunan: Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan kişi BELƏ xilas edildi - VİDEO

190492

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Şəmkir-Gədəbəy yolu, Yasamal aşırımı adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “NİSSAN” markalı minik avtomobili idarəetməni itirərək dərinliyi 30 metr olan dərəyə aşıb.

Xilasedicilər qəzanın təsirindən dərəyə aşan avtomobildən kənara düşmüş 1995-ci il təvəllüdlü Məhəmməd Binnət oğlu Həsənovu dərədən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO