“Tələbələr təhsilləri ilə yox, saqqalları ilə fərqlənməyə çalışırlar” – Etibar Əliyev 

“Tələbələr təhsilləri ilə yox, saqqalları ilə fərqlənməyə çalışırlar” – Etibar Əliyev 

Hazırda oxunan: “Tələbələr təhsilləri ilə yox, saqqalları ilə fərqlənməyə çalışırlar” – Etibar Əliyev 
189729
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Bakı Biznes Universitetində bir qrup tələbə saqqal saxladıqlarına görə dərsə buraxılmayıb.

Universitetin Mətbuat Xidmətindən bildirilib ki, bu, Bakı Biznes Universitetinin daxili qaydasıdır və ildə bir neçə dəfə tələbələrə belə bir xəbərdarlıq edilir. 

Maraqlıdır, saqqal təhsil meyarıdır? Atılan addım doğrudurmu? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyevin məsələyə yanaşması daha fərqli olub. O, bildirib ki, təhsil konservativ sistemdir və elə ölkələr var ki, mühafizəkarlığı qoruyub saxlayırlar: 

“Ümumiyyətlə, təhsil sistemi nizam-intizam tələb edir. Biz təhsil alan zaman heç kim üzü tüklü universitetə ayaq basa bilməzdi. İndi siqaret çəkən tələbələrin çoxu kötüklərini küçəyə atırlar, saqqal saxlamaq məsələsində də eyni yanaşmanı görürük. Tələbədə, şagirddə müəyyən nizam-intizam olmalıdır ki, onda xarakter formalaşsın. Əvvəlcə xarakter formalaşmalı, sonra təhsil verilməlidir. 

Tələbə səliqəli olmalıdır. 

Əvvəllər tələbələr zəkası ilə fərqlənmək istəyirdisə, indi saqqala görə seçilməyə çalışırlar. “Tələbə azadlığı”ndan danışırlar. Bəli, tələbə azad olmalıdır. O, ali məktəbə çıxdıqdan sonra azaddır, istədiyi məşğuliyyəti edə bilər. 

Ancaq tədris ocağı məhdud vaxtla kifayətlənir, ona görə nizam-intizam şərtdir. Ali təhsili bitirdikdən sonra tələbələr istədikləri imici saxlaya bilərlər. Amma təhsil alınan dövrdə intizamı qorumaq lazımdır”. 

Məhərrəm Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO