Jalə Əliyeva Mehriban Əliyevadan yazdı:  ÜRƏK

Jalə Əliyeva Mehriban Əliyevadan yazdı: ÜRƏK

Hazırda oxunan: Jalə Əliyeva Mehriban Əliyevadan yazdı: ÜRƏK

189495

Hər kəs bu həyata, Yer kürəsinə bir missiya üçün gəlir ”“ kimisi xeyirxah, yaxşı, işıqlı, nurlu əməllərini həyata keçirmək üçün, kimisi də bəd, bədxah, qaranlıq əməllə üçün. Xeyirxah, işıqlı əməllərin xa0daşıyıcıları, missiyaçıları da Böyük Yaradanın Yer üzünə bir ərməğanı, öz bəndələrinə bir lütfüdür.

Onlar ancaq və ancaq bu əməllər üçün doğulmuşlar, yaranmışlar, yaradılmışlar ”“ bir sözlə, SEÇİLMİŞLƏRDİR. Onsuz da bəd, qaranlıq əməl sahibləri tarixən öz “işlərindədirlər”x9d, onlar üçün bu həyatda, Yer üzündə, kürreyi-ərzdə müqəddəs heç bir şey xa0yoxdur, onların “missiyası”x9d yıxmaq, dağıtmaq, məhv etməkdir. Necə deyərlər, belə gəliblər, belə də gedəcəklər. Amma işıqlı, xeyirxah əməllər üçün Yer üzünə göndərilənlər ”“ Xeyirin Şər, İşığın Zülmət, Haqqın Nahaqq üzərində qələbəsi, ədalətin, mərhəmətin təntənəsi, bədəməllilərin öz niyətlərinə nail ola bilməməsi üçün aylar, illər, bəzən hətta, əsrlər boyu uzun bir mübarizə, mücadilə yolu keçmiş və nəhayətdə öz məqsədlərinə nail olmuşlar. Çətin, ağır, keşməkeşli, əzablı, amma şərəfli bir missiya yerinə yetirmişlər. Belə xeyirxah, işıqlı, nurlu əməl sahiblərindən, bu missiyanı yerinə yetirmək üçün SEÇİLMİŞ olanlardan biri də heç şübhəsiz və heç bir mübaliğəsiz demək olar ki, Azərbaycanın Birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, xa0Azərbaycan Respublikasının Birinci -vitse prezident, keçmiş deputat həmkarımız xa0(o, əslində qədirbilən seçicilərinin, ümumən Azərbaycan insanının qəlbinə əbədi MİLLƏTİNİN VƏKİLİ olaraq həkk olunub ) Mehriban xanım Əliyevadır.xa0

mehriban

Məşhur və hər kəsə yaxşı tanış olan bir kəlam var ki, “dünyanı gözəllik xilas edəcək”x9d. Bu kəlam uzun illər öncə söylənilmiş olsa da, bizcə bu gün ona kiçik bir dəyişiklik etməyə ehtiyac yaranıb. Əgər buxa0 məşhur kəlam “Dünyanı qadınlar və gözəllik xilas edəcək”x9d, şəklində redaktə edilərsə, bütün qadınların timsalında tam anlamıyla məhz Mehriban xanımı xarakterizə etmiş olarıq.xa0 Çünki bu xanım başdan-ayağa Mərhəmət, Şəfqət, Xeyirxahlıq, Xilaskarlıq təcəssümüdür. Uzun illərdən bəri yerinə yetirdiyi, şərəflə daşıdığı missiya bunu qətiyyətlə və birmənalı şəkildə söyləmək üçün tam əsas verir. Elə bir xoş, işıqlı, nurlu, xeyirxah əməl yoxdur ki, orada Mehriban xanımın adı, imzası olmasın. Harada xeyirxah, işıqlı əməllər, fəaliyyətlər varsa, orada Mehriban Əliyeva adı və soyadı, imzası da var. Bunlar sanki qoşa qanad kimi birgə addımlamaqdadırlar. Başqa cür də ola bilməz, bunun əksini düşünmək ədalətsizlik və haqsızlıq demək olardı”¦

Bu yerdə bir qədər keçmişə ekskurs etmək lap yerinə düşərdi. Mehriban xanım 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunubxa0saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə dünyanın ən nüfuzlu və önəmli beynəlxalq qurumlarından olan YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.Əslində isə o, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir. YUNESKO-nun baş katibi Koişiro Masuuranın iştirakı ilə Azərbaycanla təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib.Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın bu ecazkar, əlçatmaz musiqisinin, mədəniyyət incisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarınn iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz Muğam, YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb. Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məşhur muğam ustalarının valehedici ifalarının toplandığı Qarabağ Xanəndələri albomu bu gün bütün dünyada onu bircə dəfə dinləyənləri ömür boyu öz sehrində saxlayır. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil olmasında da onun böyük xidmətləri, əməyi, zəhməti var”¦

leylamehriban

Mehriban xanımın titanik fəaliyyəti, Azərbaycan naminə fədakar və yorulmaz fəaliyyəti təkcə bununla və bunlarla məhdudlaşmır, kifayətlənmir. O, daim-gecə-gündüz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması axtarışındadır, bu xa0işində də xa0əsl fədakarlıq, əsl VƏTƏNDAŞLIQ nümunəsi sərgiləyir. Onunxa0YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasını qeyd etmədiyi bir çıxışını belə xatırlamaq çətindir, mümkünsüzdür. Mehriban xanım təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Dünyanın demək olar ki, bir çox dillərində Azərbaycan həqiqətləri adlı kitablar nəşr olunub ki, burada Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri soyqırım, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, Türk insanına qarşı vəhşilikləri barədə geniş məlumatlar öz əksini tapır. Bundan başqa Heydər Əliyev Fondu Ermənistanın Xocalı şəhərində törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün bir neçə dildə film də hazırlayıb. Dünyanın çoxlu sayda ölkələrində Fondun dəstəyi ilə Xocalı soyqırımının ildönümündə böyük tədbirlər keçirilir, Xocalı soyqırımını anladan foto və “Xocalı uşaqların gözü ilə”x9d adlı rəsm sərgiləri nümayiş olunur. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond erməni iftiralarını, Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, təkcə Azərbaycana deyil, bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən çoxlu sayda kitablar nəşr etdirərək, dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması istiqamətində böyük işlər görür.

mehriban-aliyeva-fond-291216-10

Yuxarıda da bəhs etdiyimiz kimi, Mehriban xanım YUNESKO ilə yanaşı, həm də Müsəlman, İslam dünyasını özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ən böyük qurumu olan İSESCO-nun da xoşməramlı səfiridir və bu vəzifədə də Müsəlman dünyasını layiqincə təmsil edir.Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüş Mehriban Əliyevanın gördüyü işlər təşkilat tərəfindən ən yüksək səviyyədə qiymətləndirilib. Bu yerdə onu da xatırlatmağa dəyər ki, Azərbaycanın paytaxtı Bakı şəhəri hələ 2009-cu ildə İslam Dünyası Paytaxtı elan edilib. Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı körpü rolu oynamasında, sivilizasiyalar və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanın bir çox ölkələrə nümunə olması haqqında dünya ictimaiyyətinin müsbət təsəvvürünün formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, əlbəttə ki, Mehriban xanımın da böyük xidmətləri var. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarının nüfuzlu “WASHİNGTON TİMES”x9d qəzetində dərc olunan məqalədə də Mehriban xanımın müsəlman qadınlar üçün ən yaxşı nümunə olduğu qeyd olunmuşdur.

Mehriban xanım, 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi də Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində böyük işlər görüb. Məsələn, Mehriban Əliyevanın 1996-cı ildə təsis etdiyi və 3 dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan ”“ İrs”x9d jurnalı Azərbaycan mədəniyyətinin təbliğ olunması istiqamətində önəmli bir addım olub.

mehri-gulas-4

Mehriban Əliyeva həm də Azərbaycan idmanının və idmançılarının əsl qayğıkeşi, ən böyük dəstəkçilərindəndir. Təsadüfi deyil ki, o, xa0Azərbaycan Gimnastika Federasiyasının prezidentidir və bu vəzifədəki missiyasını da çox şərəflə və ləyaqətlə yerinə yetirməkdədir. Bu vəzifəyəxa02002-ci ildə seçilən Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan qızları qısa zaman ərzində Avropa və Dünya çempionatlarının, cəmi bir neçə ay öncə Bakıda keçirilən və xoş, unudulmaz anlarla yaddaşlara əbədi həkk olunan 4-cü İslam Həmrəyliyi Oyunlarınınxa0xa0medallarını qazanmağa nail oldular. Onun səyləriylə, Azərbaycan qızları idmanın bu növündə də böyük uğurlara imza atmağa qadir olduqlarını nümayiş etdirdilər. Bu gün Gimnastikaxa0sahəsində Azərbaycan, xa0qızlarımızın əldə etdikləri uğurlarla nəinki Türk və Müsəlman dünyasında liderdir, eləcə də bir çox Avropa və Qərb ölkələrini belə arxada qoyur. Bu, da onun ”“ Mehriban xanım Əliyevanın xa0zəhmətinin bəhrəsidir. Onun gördüyü böyük işlər və beynəlxalq aləmdə artmaqda olan nüfuzu sayəsində Beynəlxalq Gimnastika Federasiyası Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. 2007-ci il iyunun 29-da isə Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı Azərbaycanda keçirildi. Bu cür mötəbər yarışların bir-birinin ardınca Azərbaycanda keçirilməsi, xüsusilə də, 2015-ci ildə baş tutan möhtəşəm ilk Avropa Oyunları, eləcə də, sonuncu ”“ 4-cü İslam Həmrəyliyi Oyunları ( bu Oyunların Azərbaycana salınması) Mehriban Əliyevanın fəaliyyətinin bariz nümunəsi, bəhrəsi və belə demək mümkünsə, beynəlxalq idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən qiymət, ona olan etimadın göstəricisi idi. Çox yüksək səviyyədə keçirilən bu yarışlar Azərbaycanın dünyada nüfuzunu və müsbət imicini daha da artırdı və artırmaqdadır.

mehriban

Mehriban Əliyeva eyni zamanda Heydər Əliyev Fondunun prezidenti kimi böyük və xeyirxah əməllər sahibidir.xa0Heydər Əliyev Fondu bu gün artıq Dünya miqyasında qəbul olunan bir təşkilata çevrilib. Onun bir çox ölkələrdə (ABŞ, Rusiya, Türkiyə, Rumıniya, Gürcüstan və s.) nümayəndəlikləri fəaliyyət göstərir və qurum çoxsaylı xa0layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük işlər görür. Bu Fond maddi vəziyyəti ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edib. Ümumiyyətlə, Mehriban xanım və onun rəhbərlik etdiyi Fondxa0müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunun yenidən formalaşıb inkişaf etməsində böyük rol oynadı. O, müasir dünyada və müasir anlamda xeyriyyəçiliyin daha geniş anlam daşıdığını bəyan etdi və əsrimizdə yeni bir məktəbin ”“ Xeyriyyəçilik, Humanizm məktəbinin əsasını qoydu. O, Azərbaycanda xeyriyyəçi insanların da dəstəyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb”x9d layihəsi çərçivəsində yüzlərlə məktəb tikdirərək uşaqların daha yaxşı təhsil almaları üçün əlindən gələni etdi və bu müqəddəs missiyanı bu gün şərəflə davam etdirir. Təhsili millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş ailələrdən birinci sinfə gedən övladlar artıq neçə ildir ki, Fond tərəfindən lazımi məktəb ləvazimatları ilə təmin olunurlar. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda əlil olmuş insanlar arasında mənzilə ehtiyacı olanların təminatına yardım edilir. Qarabağ müharibəsində əlil olmuş insanlar, şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər, onların problemləri daim onun diqqəti mərkəzindədir. O, yeni xəstəxanalar, tibb məntəqələri tikdirərək insanların sağlamlığına da xidmət edir. Bunu həm gözəl, bacarıqlı, bilikli bir xa0həkim olduğu üçün, həm də millətin gələcəyinin sağlam gənclikdən asılı olduğunu çox yaxşı bildiyi və dərindən dərk etdiyi üçün edir. Onun təşəbbüsü ilə tikilən məktəblərdə gənclərin yüksək səviyyədə təhsili, inkişafı üçün lazım olan bütün şəraitlər yaradılır. Gənclərin boş vaxtlarının zərərli meyllərə yönəlməsinin qarşısının alınması, bu vaxtın daha səmərəli istifadə olunması, gənclərin bir vətəndaş kimi yetişməsi də daim onun diqqət mərkəzindədir və bu sahədə də çoxsaylı layihələr həyata keçirilir.O, daim çətin vəziyyətə düşən insanların yanındadır. Yardıma ehtiyacı olan az gəlirli dializli xəstələrin bahalı dializ prosedurlar almasında problemlər yaranan zaman o, xaricdən ən yüksək səviyyəli avandanlıqların alınıb xa0onların istifadəsinə verilməsinə nail olur. Görmə qabiliyyətindən məhrum uşaqlarla görüşündə onlar üçün oxumağın və təhsilin çox önəmli olduğuna diqqət çəkir və bundan dərhal sonra onun dəstəyi ilə bu insanların oxuya bilməsi üçün yüksək səviyyəli mərkəz qurulur, bütün lazımlı xüsusi avadanlıqlarla təhciz edilib istifadəyə verilir.

Mehriban xanım işlərinin çoxluğuna baxmayaraq, valideyn himayəsindən məhrum olan və uşaq evlərində, internat məktəblərdə böyüyən uşaqların hər birinə qayğıkeş ana kimi vaxt ayırmağı da bacarır. O, tez-tez bu uşaqlara baş çəkir, onların fikirləri, problemləri və arzuları ilə maraqlanır, bir ana kimi tövsiyələrini verir. Ata-ana himayəsindən məhrum olan uşaqların qaldığı evlər, internat məktəbləri ən yüksək səviyyədə təmir-bərpa olunub, hər cür avadanlqla təhciz olunub. Buradakı uşaqlar normal ailələrdə böyüyən uşaqlar kimixa0 təmin olunublar. O, hər məsələylə şəxsən maraqlanır. Bir ana, bir valideyn kimi tez-tez bu evlərə, məktəblərə baş çəkərək uşaqlarla vaxt keçirir, onlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışır. Bütün bayramlarda həmin uşaqların könlünü almaq, onları sevindirmək üçün əyləncələr xa0təşkil edir və onlarla xa0saatlarla əylənir. Mehriban xanım uşaqların ailə mühitində böyüməsi üçün həyata keçirilən bütün layihələrin təşəbbüsçüsü və dəstəkçisidir. Mehriban xanım, bu uşaqlar böyüdükdən sonra da onlara diqqətini azaltmır. Həmin məktəblərdə böyüyən və ailə həyatı quran gənclərin toy mərasimlərini yüksək səviyyədə təşkil edir, özü şəxsən onları təbrik edir, onlarla sevinir, oynayır, şənlənir və onların özlərini tənha, kimsəsiz hiss etmələrinə imkan vermir. İnternat evlərindən məzun olan və sərbəst həyata atılan yenitetmə və gənclərin ev probleminin həlli üçün atdığı addımlar-onlar üçün tikdirdiyi binalar da bütün misilsiz xidmətləri arasındadır.

Talassemiya adlı irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsindədir. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycanda könüllü donorluq daha da inkişaf edib və bu uşaqların pulsuz qanla təminatı problemi aradan qaldırılıb. İnsanlar arasında təmənnasız şəkildə qan verməklə talassemiya və hemofiliya kimixa0irsi qan xəstəliklərindən əziyyət çəkən insanların pulsuz qanla təmin olunmasına kömək göstərilməsi ənənəsinin cəmiyyətdə möhkəmlənməsində onun böyük rolu var. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Avropa səviyyəli Talassemiya Mərkəzi yaradılıb ki, bu da talassemiyalı insanlara kömək etməklə yanaşı, ölkədə talassemiya xəstəliyinin azaldılması istiqamətində də böyük rol oynayır. Azərbaycanda şəkər xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsi altındadır. Vaxtaşırı bu uşaqlar Heydər Əliyev Fondu tərəfindən lazımi dərmanlarla təmin olunurlar. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi sayəsində Azərbaycanın bir çox qədim tarixi, dini və mədəni abidələri bərpa olunub. Cavad Xan Türbəsi, Comərd Qəssab Türbəsi, qədim dövrlərə aid Hamam Kompleksi və bir çox tarixi, dini və mədəni abidələri buna misal göstərmək olar. O, Azərbaycan gəncliyinin öz tarixinə, mədəniyyətinə bağlı yetişməsi və buna sahiblənməsinin, gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinin böyük önəm daşıdığına diqqət yetirir.

ilham-aliyev-mehriban-aliyeva-99

Mehriban Əliyeva təkcə Azərbaycanın birinci xanım deyil, o, xa0həm də ölkə Prezidenti cənab İlham Əliyevin ən yaxın, ən etibarlı silahdaşıdır. Azərbaycanın inkişafı, gələcəyi uğrunda onunla çiyin-çiyinə mübarizə aparan ən yaxın silahdaşı”¦ Məhz elə bunun nəticəsidir ki, xa0cəmi bir neçə ay öncə Mehriban xanım ölkə Prezidenti tərəfindən yüksək ali dövləti vəzifəyə ”“ Azərbaycan Respublikasının Birinci-vitse prezidenti vəzifəsinə təyin olundu. Bu da əslində gözlənilən idi, burada gözlənilməzxa0heç nə ola bilməzdi. Çünki Mehriban xanım yuxarıda qeyd etdiyimiz və etmədiyimiz böyük, xyeirxah əməlləri, Azərbaycan naminə fədarkarlığı, yorulmaz, titinak fəaliyyəti, gərgin zəhməti ilə bu vəzifəni Haqq edirdi. Bu vəzifə, bu ali kürsü, yüksək post onun Haqqı idi. Ondan savayı kimsə bunu Haqq etmirdi və edə də bilməzdi. Cəmi bir neçə aylıq fəaliyyəti ilə də sübut etdi ki, ölkə rəhbəri bu seçimində yanılmayıb, əksinə, nə qədər haqlı olub və Mehriban xanımın Azərbaycan xalqı və dövləti naminə böyük işləri, addımları hələ qabaqdadır. O, ötən illər ərzində üzərinə götürdüyü missiyanı necə şərəflə və uğurla yerinə yetiribsə, bu ali kürsüdə də çiyninə düşən missiyanı eynilə ”“ uğurla və şərəflə yerinə yetirəcək.

Mehriban xanımın qarşıdan növbəti doğum günü gəlir. O, ali dövləti vəzifədə ilk dəfədir ki, doğum gününü qeyd etməyə hazırlaşır. Odur ki, xa0növbəti doğum günü münasibəti ilə Mehriban xanımı ürəkdən təbrik edir, ona ailəsində, şəxsi və ictimai-siyasi həyatında növbəti uğurlar, xa0yüksək ali kürsüdəxa0böyük qələbələr arzulayırıq. Zəfər hər zaman yol yoldaşınız olsun! Doğum gününüz mübarək, Böyük Ürəkli Birinci Xanım!

jala

xa0Jalə Əliyeva,

xa0Filologiya elmləri doktoru, professor

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini

Respublika qəzeti, 26 avqust 2017-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO