Şahdilidə məktəblilərin ekoturizm yarışması keçirildi - FOTO

Şahdilidə məktəblilərin ekoturizm yarışması keçirildi - FOTO

Hazırda oxunan: Şahdilidə məktəblilərin ekoturizm yarışması keçirildi - FOTO

189414

Abşeron Milli Parkının dəstəyi, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Şahdilidə məktəblilərin ekoturizm yarışması keçirilib.

Yarışın məqsədi yeniyetmələrin təbiətlə təmaslarının formalaşması, ekoloji turizmin təşviqi və “Yaşıl dünya naminə həmrəylik ili”nin məktəblilər arasında təbliği olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yarışa Bakı şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinə daxil olan qurumların 9 komandası qatılıb.

Komandalar Şahdili istiqamətində müəyyən olunmuş vaxt üzrə 5 kilometrlik məsafəni qət etmək üçün yarışıb.

Ən yaxşı nəticə göstərən komandalar təltif edilib və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO