Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü COP29-da iştiraka dəvət edilib

Hazırda oxunan: Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü COP29-da iştiraka dəvət edilib

188857

Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü Jelyka Tsviyanoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.

Bizim.Media xəbər verir ki, bu barədə report.az-a səfir Vilayət Quliyev məlumat verib.

Diplomat J.Tsviyanoviçlə görüşdüyünü və ona Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ünvanlanmış dəvət məktubunu təqdim etdiyini söyləyib.

Səfir bildirib ki, görüş zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı işlər və yaşıl enerjiyə keçid sahəsində icra edilən genişmiqyaslı layihələr barədə qarşı tərəfə ətraflı məlumat verilib.
J.Tsviyanoviç isə bu ilin mart ayında Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşündən xoş təəssüratlarını bölüşüb və Bosniya və Herseqovina ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO