Lənkəranda günəş enerjisindən isti su alındı - FOTO

Hazırda oxunan: Lənkəranda günəş enerjisindən isti su alındı - FOTO

188813

"Yaşıl dünya naminə həmrəylik ili" beynəlxalq səviyyəli tədbirə Lənkəran Regional Turizm İdarəsi də qoşulub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün keçirilən ağacəkmə və təmizlik aksiyanın əsas təşkilatçısı Lənkəran Regional Turizm İdarəsi və Qızılağac Milli Parkı olub. 

Turizm İdarəsinin dəvəti ilə aksiyaya bir çox müəsissələr qoşulub. Aksiya çərçivəsində Lənkəranın Balıqçılar qəsəbəsinə aid dənizkənarı ərazidə təmizlik işləri aparılmaqla sahil hissə tullantılardan təmizlənib.
Daha sonra milli parkın girəcəyində 100 yaxın həmişəyşıl şam ağacları əkilib.

Aksiya çərçivəsində Lənkəran RTİ-nin əməkdaşları tərəfindən aksiyaya könüllü qoşulan gənclərə COP-29 mahiyyəti haqqında məlumatlar verilərək 2024-cü ilin Azərbaycanda Yaşıl Dünya Naminə Həmrəylik ili elan olunmasının ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasında rolu haqqında danışılıb. 

Lənkəran Peşə Liseyi tərəfindən hazırlanan günəş enerjisindən isti suyun alınması qurğusunun təqdimatı aksiya iştirakçıları tərəfindən maraqla qarşılanıb. 

Həmçinin aksiyalarda iştirak edən gənclər üçün Qızılağac Milli Parkında qayıqla eko gəzinti də təşkil olunub. 


















Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO