Mətbuatda gedən xəbərlər özünə qəsdlərin artmasına SƏBƏB OLUR? – Mühüm AÇIQLAMA 

Hazırda oxunan: Mətbuatda gedən xəbərlər özünə qəsdlərin artmasına SƏBƏB OLUR? – Mühüm AÇIQLAMA 

188773

İnsanların mediadan məlumat alma hüququ var. Amma bəzi məlumatlar var ki, onların ictimailəşməsi, geniş izləyici kütləsinə çatdırılması əks effekt verə bilər. Mediada yayılmasına diqqət yetiriləsi mövzulardan biri də intihar xəbərləridir.

İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda gün boyu bu tip xəbərlərlə qarşılaşırıq. Ötən həftə İmişlidə, dünən isə Şəmkirdə yeniyetmə qızların ard-arda özlərini tövlədə asması, düşünməyə vadar edir ki, intihar xəbərləri yeniyetmələrdə depressiyaya və özünə qəsd etməyə meyil yarada bilərmi?

Media tənqidçisi Qulu Məhərrəmli Bizim.Media-ya bildirib  ki, intihar media, cəmiyyət və xüsusən azyaşlılar üçün çox həssas mövzudur:

“Bir ara media bu tip xəbərlərə fasilə vermişdi, ictimai qınaqlar olmuşdu deyə, saytlar belə məlumatları vermirdi. İndi yenə də başlayıblar bəh-bəhlə belə xəbərləri yaymağa. Əlbəttə, media üçün mövzu məhdudiyyəti yoxdur, amma mətbuat bilməlidir ki, bu xəbərlərin cəmiyyət üçün faydası, ya zərəri çoxdur?!” 

Qulu Məhərrəmli bildirib ki, xüsusilə detallı kriminal hadisələri, intiharın necə baş verməsi ilə bağlı  məlumatların dərc olunması psixoloji baxımdan cəmiyyətə zərər vurur:

“Belə olan halda, bir çox depressiya və psixoloji sarsıntı yaşayan yeniyetmələrdə intihara meyil qüvvətlənir. Ona görə də media belə xəbərləri verməmişdən əvvəl çox ciddi düşünməlidir. Yəni verilən xəbərlərdə intiharın çıxış yolu olması ilə bağlı mesajların verilməsi halları çox pisdir”. 

Nurranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO