Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, saxlanılan var – FOTO/VİDEO  

Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, saxlanılan var – FOTO/VİDEO  

Hazırda oxunan: Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, saxlanılan var – FOTO/VİDEO  
188570
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb.

Onun üzərindən, həmçinin yaşadığı ünvandan ümumilikdə 51 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 43 kiloqram marixuana, 3 kiloqram heroin və 5 kiloqram metamfetamin aşkarlanıb.
İ.Ağayev narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının şəxsiyyəti istintaqla araşdırılan vətəndaşından əvvəlcədən təyin olunan məkandan ayrı-ayrı şəxslərə çatdırıb maddi gəlir əldə etmək məqsədi ilə əldə etdiyini bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. 
 


Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, saxlanılan var – FOTO/VİDEO   - foto 1
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, saxlanılan var – FOTO/VİDEO   - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO