“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

Hazırda oxunan: “Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

188038

“Toyota Prius”ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur.

Bizim.Media xəbər verir ki, son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan “Prius”ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsinin dayandırılmasıdır.

Bəs ucuzlaşma nə qədər davam edəcək?

İqtisadçı Xalid Kərimli bildirib ki, köhnə avtomobillərin qiyməti bazara çıxarılan avtomobillərin sayından asılı olaraq dəyişəcək:

“Ucuzlaşma qərar qüvvəyə minəndən sonra ən azı altı ay və bir il davam edəcək. Nəzərə alsaq ki, 2024-cü ildən köhnə maşınların utilizasiya haqqı da yeni maşınlara nisbətən daha yüksəkdir. Bu baxımdan bunların hamısı köhnə avtomobil almaq istəyənlərin sayına və qiymətin ucuzlaşmasına təsir edir”.

Daha ətraflı Baku TV-nin süjetində:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO