Hacıqabulda ƏMƏLİYYAT: İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer saxlanılıb - FOTO

Hazırda oxunan: Hacıqabulda ƏMƏLİYYAT: İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer saxlanılıb - FOTO

187832

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib.

DİN-dən Bizim.Media-ya bildirilib ki, tədbir zamanı Masallı rayon sakini Faiq Gözəlov Hacıqabul rayonu ərazisində saxlanılıb. 

Ondan 12 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib.

F.Gözəlov narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Yaşar” adlı şəxsin göstərişi ilə əldə etdiyini bildirib. O, narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO