Polis Balakəndə əməliyyat keçirdi - 1 nəfər həbs edildi - FOTO

Polis Balakəndə əməliyyat keçirdi - 1 nəfər həbs edildi - FOTO

Hazırda oxunan: Polis Balakəndə əməliyyat keçirdi - 1 nəfər həbs edildi - FOTO
187200
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz yollarla ölkə ərazisində göndərilən külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, tədbirlər nəticəsində Lənkəran şəhər sakini İslam Məmmədov saxlanılıb.

Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib.

İ.Məmmədovun əvvəllər də dəfələrlə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Son bir ay ərzində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Polis Balakəndə əməliyyat keçirdi - 1 nəfər həbs edildi - FOTO - foto 1
Polis Balakəndə əməliyyat keçirdi - 1 nəfər həbs edildi - FOTO - foto 2
Polis Balakəndə əməliyyat keçirdi - 1 nəfər həbs edildi - FOTO - foto 3
Polis Balakəndə əməliyyat keçirdi - 1 nəfər həbs edildi - FOTO - foto 4
Polis Balakəndə əməliyyat keçirdi - 1 nəfər həbs edildi - FOTO - foto 5

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO