Bakının bu prospektində avtobus və velosiped zolaqları təşkil ediləcək – FOTO  

Hazırda oxunan: Bakının bu prospektində avtobus və velosiped zolaqları təşkil ediləcək – FOTO  

185953

Bakıda 8 Noyabr prospektində yenidənqurma işləri çərçivəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin və mobilliyin artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni layihə hazırlayaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edib. 

Bizim.Media xəbər verir ki, layihədə tətbiq olunacaq yanaşma Şurada aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb. 

Beləliklə, görülən işlər çərçivəsində 8 Noyabr prospektində avtobus zolaqları təşkil ediləcək, ayrılmış velosiped zolaqları salınacaq, işıqlandırma səviyyəsi yaxşılaşdırılacaq, bufer zona tətbiq ediləcək, hərəkət zolaqlarının sayı eyni saxlanılacaq. 
8 Noyabr prospektində xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradacaq. Zolağın təşkili ilə avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə azalacaq. 

"İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Buna görə də avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkət istiqamətində, prospektin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları da salınacaq. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılacaq. İşlər yekunlaşdıqdan sonra 8 Noyabr prospektinin kənarlarında yerləşən yaşayış sahələri, sonda isə Xətai rayonunda yerləşən Polad Həşimov qəsəbəsi şəhər mərkəzi ilə əlaqələndiriləcək. Həmin yaşayış sahələrinin sakinlərinin mikromobillik zolaqlarına əlçatanlığı təmin ediləcək. Növbəti mərhələlərdə isə həmin velosiped yolları şəhər mərkəzindəki mikromobillik zolaqları ilə əlaqələndiriləcək", - deyə məlumatda qeyd olunub. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO