Ağdaşda narkokuryer saxlanıldı – FOTO  

Ağdaşda narkokuryer saxlanıldı – FOTO  

Hazırda oxunan: Ağdaşda narkokuryer saxlanıldı – FOTO  

185748

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Əhmədov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan 1 kiloqram 200 qram heroin aşkar edilib. 

Həmin şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu “Mustafa” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib. 

N.Əhmədovun maddi vəsait qarşılığında narkokuryerlik etməyə razılaşdığı məlum olub. 

Araşdırmalar davam etdirilir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO