Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO

Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO

Hazırda oxunan: Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO
184373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi, təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.

Tədbirlərlə martın 16-dan 26-dək polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 64 müxtəlif markalı avtomat silahı, 7 pulemyot, 21 tüfəng, 8 tapança, 78 qumbara, 1 saatlı bomba, 1 qumbaraatan, 46 alışdırıcı, 361 patron darağı, müxtəlif çaplı 33 min 742 patron, 6 min 160 mərmi, 9 süngü-bıçaq və digər sursatlar aşkarlanıb.
Bundan başqa, Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə icazəsi olan şəxslərin sərbəst keçidi təmin edilib. Bölgədə hərəkətinə icazə verilən şəxslərlə bağlı hər hansı hüquqazidd hal yaranmayıb.
 


Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO - foto 1
Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO - foto 2
Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO - foto 3
Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO - foto 4
Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO - foto 5
Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO - foto 6
Xankəndidə polis əməkdaşları belə xidmət edirlər - FOTO/VİDEO - foto 7

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO