Xaçmaz rayonunun Yergüc kəndində 3 gün əvvəl baş vermiş baş vermiş qətlin üstü isti izlərlə açılıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, martın 21-də kənd sakini Səfurə Əlişah qızı Balacayevi öldürən şəxs - onun qaynının oğlu, 27 yaşlı Tofiq Nofəl oğlu Balacayev Xaçmaz polisi tərəfindən tutulub.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda dəhşətli hadisə: Evdə qadın meyiti aşkarlandı - YENİLƏNİB
O, istintaqa verdiyi ilkin ifadəsində törədiyi cinayəti etiraf edib.
Məlumata görə, Tofiq Balacayev əmisinin 66 yaşlı arvadı Səfurə Balacayevanın baş nahiyəsinə ağac parçası ilə 7 zərbə endirib.
Onun barəsində Xaçmaz rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu