Bakı metrosunda Novruz şənliyi keçirilib - FOTO

Hazırda oxunan: Bakı metrosunda Novruz şənliyi keçirilib - FOTO

183535

Bakı metropolitenində Novruz bayramının şənlik proqramı “İçərişəhər” stansiyasında təşkil edilib. Xüsusi tərtibatlı səhnədə Novruz bayramının əsas personajları olan Bahar qız, Keçəl və Kosa, eləcə də digər nağıl qəhrəmanlarının iştirakı ilə təqdim olunan şən səhnəciklər, şeirlər, zarafatlar, sorğu-suallar, dadlı-duzlu söhbətlər, təkcə kiçikyaşlı sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edib.

Bizim.Media xəbər verir ki, sirk ustalarının nömrələri və uşaqların sifarişi ilə şarlardan hazırlanan fiqurlar stansiyanın vestibülündə bayram ovqatını daha da yüksəldib. Dünya İllüziyaçılar Assosiasiyasının üzvü Anar Əliyev sehrbazlıq proqramı ilə bayram tamaşasına rəng qatıb.

Sərnişinlər Bahar qız, Keçəl və Kosanın müşayiətilə stansiya yolunda nümayiş etdirilən retro vaqonların salonunda gəzərək xatirə şəkilləri çəkdiriblər.

Tədbir boyunca azyaşlı sərnişinlərə Novruz hədiyyələri paylanılıb.

Layihə çərçivəsində “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun veteranı Bəhram Bağırzadə azyaşlı sərnişinlərinə qələmə aldığı kitabları imzası ilə hədiyyə edib.
Novruz qəhrəmanlarının proqramı və Bəhram Bağırzadənin kitab hədiyyələrindən ibarət şou-proqram martın 21-də davam etdiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO