Qazaxın işğalda olan kəndlərindən son GÖRÜNTÜLƏR - VİDEO

Hazırda oxunan: Qazaxın işğalda olan kəndlərindən son GÖRÜNTÜLƏR - VİDEO

183409

Qazax rayonunun erməni işğalı altında olan kəndlərindən ən son görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə kadrlar “İTV Xəbər”də yayımlanıb.

Bir vaxtlar səkkiz minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb.

Qeyd edək ki, Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib.

Bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir. 

Ötən əsrin 90-cı illərində işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.

Qazaxın yeddi kəndi hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının müşahidəsi altındadır. 

Həmin görüntüləri təqdim edirik:

 


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO