Bu gün İlaxır çərşənbədir

Hazırda oxunan: Bu gün İlaxır çərşənbədir

183244

Bu gün Azərbaycanda 4-cü - ilaxır çərşənbədir. 

Bizim.Media xəbər verir ki, bu gün Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu – Torpaq çərşənbəsini qeyd edir.

Ölkəmizdə torpaq çərşənbəsi hər il olduğu kimi, bu il də təntənəli qeyd olunur. 

Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.

İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisəsinin hər birini (çərşənbələri) müxtəlif mərasimlərlə qeyd edirlər.
İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir. Bəzi yerlərdə buna “evatdı” deyirlər. 

Torpaq çərşənbəsində həyət-bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küsülülər barışmalıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır.

Bizim.Media-nın dəyərli oxucuları, xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan ilaxır çərşənbəniz mübarək olsun!

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO