Sabunçuda silahlı şəxslər saxlanılıblar - FOTO/VİDEO

Sabunçuda silahlı şəxslər saxlanılıblar - FOTO/VİDEO

Hazırda oxunan: Sabunçuda silahlı şəxslər saxlanılıblar - FOTO/VİDEO
182099
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Yədayi Tofiq üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Ondan "Kalaşnikov-74" markalı avtomat, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar olunaraq götürülüb.
T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının bir müddət əvvəl həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər – Bağırov Rafiq və Vahabov Elxan da saxlanılıblar. Bu şəxslərdən isə ümumilikdə 2 ədəd "Makarov" tapançası, 2 ədəd patron darağı və 11 ədəd patron aşkar olunub.
 




Sabunçuda silahlı şəxslər saxlanılıblar - FOTO/VİDEO - foto 1


Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO