Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarıldı - VİDEO

Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarıldı - VİDEO

Hazırda oxunan: Azaraq Ermənistana keçən Azərbaycan əsgəri Vətənə qaytarıldı - VİDEO

181202

Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb. 

Bizim.Media xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. 

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. 

Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO