II yazı
Adətən, təcrübədə “Kibercinayətlər”x9d, “Kompyuter informasiyası sahəsində cinayətkarlıq”x9d kimi işlədilir. Hər iki termin bir-birinə çox yaxın, sinonimdirlər. Zənnimcə kibernetika sahəsində kibercinayətkarlıq ingilis dilində olan cybercrime “kompyuter cinayətkarlığı”x9dndan daha geniş və cinayət hüquq sahəsinə daha yaxın olduğuna görə, informasiya məkanında ”“fəzasında belə əməllərin təbiətini daha dəqiq əks etdirir. Məsələn: Oksfordun geniş lüğətində “cyber”x9d mürəkkəb sözün komponenti kimi müəyyən edilir. Onun əhəmiyyəti informasiya texnologiyalarına, internet şəbəkəsinə aid olan virtual həqiqətdir. Praktik olaraq Kembridc lüğəti də “Cyber”x9d sözünü yuxarıda ehtiva edilən məna ilə eyniləşdirir, kompyuterə, internet şəbəkəsinə aid olan hadisə kimi müəyyənləşdirir. Lakin Oksford lüğətindən fərqli olaraq, Kembridc lüğəti “cybercrime”x9d sözünü işlədir. “kibercinayəkarlıq”x9d mənasında diqqət çəkir. Beləliklə “Cybercrime”x9d- bu kompyuterlərdən, qlobal şəbəkələrdən, və məlumat texnologiyalardan istifadə etməklə törədilən cinayətkarlıq anlayışını verir. “Computer crime”x9d termini ancaq kompyuter və kompyuter məlumatlarına qarşı törədilən cinayətlərə aid edilir.
2005-2008-ci illər ərzində kompyuter şəbəkəsini “zəhərləyən”x9d yeni təhlükələr meydana gəlməyə başladı. İstifadəçilərin razılığı olmadan şəbəkələrə daxil olmaqla maraqlarına uyğun hərəkətlərin həyata keçirilməsi nəticəsində cəmiyyət ciddi təhlükələrlə üz-üzə qaldı.
Qlobal kompyuter şəbəkələrində baş vermiş (verəcək) cinayətlər üçün aşağıdakı cəhətlər xarakterik sayıla bilər:
1. Bu sahəyə aid cinayətlər həddən artıq (tamamilə) qeyri aşkar (gizli) şəraitdə baş verir. (bu infrostrukturun mürəkkəbliyi ilə daha çox bağlıdır).
2. Şəbəkə cinayətlərinin transsərhəd xarakter daşıması, cinayətkarın, qəsdin yönəldiyi obyektin, zərərçəkmişin başqa dövlətin ərazisində olması;
3. Cinayətkarların xüsusi hazırlığa, fəaliyyətlərində (hərəkət və hərəkətsizliyində) intellektual üstünlüyə malik olması;
4. Qeyri standarta və mürəkkəbliyə xas, cinayətlərin törədilməsində hər dəfə yeni üsullardan istifadə edilməsi və avtomatik rejimdə, yerlərdə birdəfəlik cinayətlərin törədilməsinin mümkünlüyü, ayrı-ayrı kompyuterlərin ehtiyatlarından bəhrələnmə;
5. Bu, cinayətlərin çoxepizodlu xarakter daşıması, habelə zərərçəkənlərin çoxluğu;
6. Zərərçəkənlərin onların maraqlarına yönələn cinayətkar qəsdlərdən xəbərsiz olması;
7. Cinayətlərin distant (distant kənardan idarə etmə) üsula malik olması, zərərçəkmişlə cinayətkar arasında fiziki kontaktın olmaması;
8. Bu növ cinayətlərin qarşısını almaqda mövcud texniki və digər vasitələrdən istifadə etməyin qeyri mümkünlüyü.
Müasir dövrdə “kibercinayətlər”x9d, “kompyuter”x9d cinayətləri kimi də (sinonim olaraq) işlədilir.
Qlobal informasiya məkanı, informasiya meqamühit maddi olmadığından mahiyyəti üzrə təcəssüm olduğu qədər də fiziki daşıyıcı deyil. Hazırda informasiya texnologiyalarının inkişafı ilə “kompyuter”x9d anlayışı artıq silinməkdədir (silinib) Məsələn: praktik olaraq bütün mobil telefonlarının internetə daxil olmaq imkanları var. 3G mobil telefonlarının inkişafı HSPDA (4-cü nəslin şəbəkəsi) texnologiyalar üzrə qlobal şəbəkəyə qoşulmağa qadirdir. Və yaxud (3-cü nəslin şəbəkəsi) UMTS surətli internetə qoşulmaq imkanları da yüksəkdir.
“Kibercinayətkarlığın”x9d, “kompyuter cinayətkarlığı”x9d terminlərinə bölünməsi yolunda beynəlxalq normalar daha çox, bəlkə də, birinci terminin istifadəsi üzərində dayanmağı məqsədə müvafiq hesab edir. 2001-ci ildə Avropa Şurası kibercinayətkarlıq haqqında konvensiya qəbul etməklə “computer crim”x9d “cybercrime”x9d terminindən ayrı olaraq istifadəni bir növ imperativləşdirir. Kibercinayətkarlıq kibernetika məkanında baş verən cinayətlər anlayışını verir. Kibercinayətkarlığın mənasını anlamaq üçün ilk növbədə “kiberməkanın”x9d anlayışını təxəyyül etmək lazımdır. Kibercinayətkarlıq haqqında “Model qanun”x9dun müəllifləri, Beynəlxalq elektrik rabitə ittifaqı (2009) kiberməkanı “fiziki və qeyri fiziki məkan, kompyuterlər, kompyuter sistemləri, şəbəkələr, kompyuter proqramları, məlumatlar, kontent* məlumatlar, məlumatların hərəkəti və istifadəçiləri kimi qəbul edir. Müasir dövrdə BMT-nin eqidası altında kibercinayətkarlığın və bu sahədə olan cinayətlərin dispozisiyasının cinayət qanunvericiliyində işlədilməsi məqsədə uyğun hesab edilir.
Bir az əvvəl qeyd olunduğu kimi kibercinayətkarlıq ”“ kibernetika məkanında (sahəsində) kompyuter sistemlərinin və ya vasitələrinin, yaxud kompyuter şəbəkəsinin köməyi, habelə, kibernetika məkanına sair vasitələrlə daxil olma, kompyuter sistemi və ya şəbəkəsi çərçivəsində və ya kompyuter sisteminə, kompyuter şəbəkəsinə, kompyuter
şəbəkəsinin kompyuter məlumatlarına zidd daxil olma ilə törədilən cinayətlərin məcmusudur.
Bu anlayış BMT ekspertlərinin tövsiyələrinə uyğun hesab edilir. Onların nəzərinə görə kompyuter sistemi və ya şəbəkəsinin köməyi, kompyuter sistemi və ya şəbəkəsi çərçivəsində və yaxud, kompyuter şəbəkəsi və sisteminə zidd baş verən hər cürə cinayətlər kibercinayətkarlığa aiddir. Beləliklə, elektron mühitində baş verən hər cürə cinayətlər kibercinayətkarlığa aid etmək olar.
Bu mənada, “kibercinayətkarlıq”x9d termini informasiya texnologiyaları sahəsində olan cinayətlərin bütün spektrini əhatə edir. Bu cinayətlərin kompyuterlərdən istifadə (onun köməyi ilə) yolu və yaxud, bu cinayətlərin predmetini kompyuterlərin təşkil
*Kontent ”“informasiya resurslarında, videomaterialların görüntüsü, mətnin saytlarda, qəzetlərdə yerləşdirilməsi (kontekst-ingilis sözü, kontent-məzmun) mənasını verir.
etməsinin, habelə kompyuterlərdə qorunan məlumat bazasına aid olmasının heç bir fərqi yoxdur. (8)
Kompyuter cinayətlərinə isə kompyuterlərin funksiyasının təhlükəsizliyinə, kompyuter şəbəkəsinə və məlumatların istehsalına yönələn qəsdlər aid edilir. Beləliklə, kompyuter cinayətləri kibercinayətlərin müxtəlif növləridir - desək uyğundur. (10)
Kibercinayətlərinin növləri
Kibercinayətlər obyektindən, qəsdin predmetindən və törədilmə üsulundan asılı olaraq növlərə ayrılır:
I. Qəsdin obyektinə görə:
Iqtisadi sahədə kompyuter cinayətləri. Bura aiddir;
Özəl sahənin toxunulmazlığına və şəxsi hüquqlar əleyhinə olan kompyuter cinayətləri;
Dövlətin və ictimaiyyətin maraqları əleyhinə olan kompyuter cinayətləri; (11)
II. Kompyuter sisteminin və ya kompyuterlərin istifadə xarakterinə görə kibercinayətlər isə 3 növə ayrılır:
1. Əməl. Əməl- kompyuter cinayətlərinin predmeti kimi qəbul edilir. (məlumatların oğurluğu, mənimsənilməsi, icazəsiz( sanksiya olmadan) daxil olma, faylların zədələnməsi və ya məhv edilməsi, və s.
2. Hərəkət. Kompyuterlərdən cinayət aləti kimi istifadə edilməsi (elektron qaydada mənimsəmə, oğurlama)
3. Cinayət. Kompyuterlər intellektual vasitələrin roluna çevrilir. (məsələn: internetdə pornosaytların, mənəviyyata zidd məlumatların yerləşdirilməsi və s.)
Kompyuter sahəsində cinayətlərin ən geniş yayılmış üsulu kompyuterlərin və ya kompyuter vasitələrinin, kompyuter şəbəkələrinin və s. halların köməyi ilə kibernetika məkanına daxil olmaqdır.
Belə təsnifatı BMT irəli sürərək bu növ cinayətkar fəaliyyəti həm “geniş”x9d həm də, “dar”x9d mənada kibercinayətlərə aid edir.
Avropa Şurasının “kibercinayətkarlıq haqqında”x9d Konvensiyası kibercinayətləri əvvəlcə dörd qrupa ayırır, sonradan qəbul edilən əlavə protokol əsasında beş qrupa bölünür. İlk qrupda “kompyuter cinayətləri”x9d yer alır. Bu qrup cinayətlər kompyuter məlumatlar sisteminin tamlığı və konfidensiallığı əleyhinə olan aşağıdakı cinayətlər təşkil edir:
”¢ Qanunsuz daxil olma (kompyuter sisteminə və yaxud onun hissəsinə hüquqa zidd, qəsdən daxil olma); 2-ci maddə.
”¢ Qanunsuz yaxalama -3-cü maddə (kompyuter sistemini hüquqa zidd, qəsdən yaxalama, cəmiyyətin maraqlarına uyğun, təyin olunmayan məlumatları qamarrama)
”¢ Məlumatlara müdaxilə etmə -4cü maddə. Kompyuter məlumatları hüquqa zidd korlama, çıxarma, pozma, dəyişmə və ya qarşısını alma;
”¢ Sistemə müdaxilə etmə.-5-ci maddə. Kompyuter sisteminin funksiyasını, hüquqa zidd müdaxilə yolu ilə korlama, çıxarma, pozma, dəyişmə və yaxud, kompyuter məlumatlarının qarşısını alma)
İkinci qrupa- kompyuter vasitələrindən istifadə ilə əlaqəli olan cinayətlər daxildir. Konvensiya kompyuter texnologiyalarından istifadə yolu ilə saxtakarlığı, kompyuter məlumatları məhv etmə və ya qapama (bloklaşdırma), dəyişmə kimi müəyyən edir. Belə hallar eyni zamanda autentik məlumatların pozulmasına yönəlməlidir. Konvensiyaya görə, kibernetika məkanında dələduzluq da mümkündür. Yəni, bir şəxsin dələduzluq və ya çirkli, natəmiz yolla, qanunsuz olaraq özünün və ya, 3-cü şəxslərin xeyrinə iqtisadi gəlirlərin əldə etməsi, kompyuter məlumatlarını bloklaşdırması, çıxartması, dəyişməsi və kompyuter sisteminə bu məqsədlə müdaxilə etməsi və s.
Üçüncü qrupu məlumatların məzmunu- kontentlə bağlı cinayətlər tutur. Söhbət konvensiyada kifayət qədər ətraflı işıqlandırılan uşaq pornoqrafiyasının yayılması üzrə məhz hansı hərəkətlərə, əlamətlərə diqqət etmək lazımdır ”“məsələsi mühüm əhəmiyyət kəsb edir.
Bu qrupda, kompyuter şəbəkələrində yerləşdirilən məlumatların məzmunu ”“kontentə daxil olan cinayətlər yer alır. Praktik olaraq bütün dövlətlərdə ən geniş yayılmış və cəzalandırılmalı olan əməl kimi diqqət çəkən uşaq pornoqrafiyası ilə bağlı olan cinayətlər ictimai rəydə üzücü ovqatla yadda qalır.
Adətən bu cür cinayətlər ağır cinayətlər sayılır. Burada diqqət çəkən əsas cəhət ondan ibarətdir ki, pornoqrafiyanın istehsalı ilə məşğul olan şəxslər uşaqlarla fiziki təmasda olmadan da, bu cunayətlərin subyekti sayılır. (Əməl şəxsin psixi münasibəti, nəticəsini arzulaması ilə təqsirin qəsd forması ilə törədilir.) Belə pornoqrafik materialların istehsalı zamanı uşaqların seksual istismarı tələb olunduğundan, əməlin əyani təsvirinə ehtiyac yaranır. Ona görə, əməl bir başa qəsdlə törədildiyindən ciddi narahatlıq doğurur, təsnifatına görə ağır cinayətlərə aid edildiyindən, əməlin ictimai təhlükəlilik dərəcəsi də yüksək olur.
Bundan başqa, uşaq pornoqrafiya materiallarının “sifarişçiləri”x9d istehsalçıların əksər hallarda seksual fantaziyalara və şəkillərə olan maraqları ilə kifayətlənmir, faktiki olaraq bunları real həyatda təcrübədən faydalanaraq hazırlayırlar. (Pedofiliyu)
Dördüncü qrupda müəlliflik və qarışıq hüququn pozulması ilə bağlı olan cinayətlər yer alır. Konvensiyada belə cinayətlərin növləri əks olunmur. Bu cür hüquqpozmalar dövlətlərin milli qanunvericiliyinin səlahiyyətinə aid olan aktlarda müəyyən edilmişdir.
Beşinci qrupda ictimai təhlükəsizliyə yönələn cinayətlər təşkil edir. Bu koteqoriyaya kiberterrorçuluq və kiberməkanın terrorçuluq məqsədi ilə istifadə edilən təhlükəli əməllər daxildir.
İnformasiya proseslərinin qloballaşması terrorçuluğun yeni, daha təhlükəli və vahiməli formasının - kiberterrorçuluğun yaranmasını şərtləndirir.
Kiberterrorçuluğu terrorçuluğun texnoloji növünə də aid etmək olar. Terrorçuluğun bu, fövqəladə dərəcədə təhlükəli növündən elmin və texnikanın yeni nailiyyətlərinə, kompyuter və informasiya texnologiyalarına, Radioelektronikaya, mühəndisliyə, immunologiyada (terror aksiyaları) istifadə edilir...
Ardı var.....
Hüquqşünas: Şəmsəddin Əliyev






































































































