Kişi qızını boğaraq öldürdü - Bakıda dəhşətli cinayət

Kişi qızını boğaraq öldürdü - Bakıda dəhşətli cinayət

Hazırda oxunan: Kişi qızını boğaraq öldürdü - Bakıda dəhşətli cinayət

18016

Bakıda qızını öldürməkdə təqsirləndirilən Ələkbər Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 30-u saat 12 radələrində paytaxtın Xətai rayonunda baş verib.

Bağırov Ələkbər Qasım oğlunun aralarında yaranmış münaqişə zamanı qızı İradə Paşayevanı boğaraq öldürüb. O, Xətai rayonu 37-ci Polis Bölməsinə gələrək törətdiyi əməli etiraf edib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO