Zaqatalada ev bu səbəbdən yanıb - DETALLAR - FOTO

Zaqatalada ev bu səbəbdən yanıb - DETALLAR - FOTO

Hazırda oxunan: Zaqatalada ev bu səbəbdən yanıb - DETALLAR - FOTO

180034

Zaqatala rayonunun Danaçı kəndində gecə saatlarında mənzillərdən birində baş verən yanğının ilkin səbəbləri bəlli olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən axşam Danaçı kənd sakini Mohuma Məmmədova məxsus ikimərtəbəli, 9 otaqlı fərdi yaşayış evində yanğın baş verib.  

Kənd sakinlərinin verdiyi məlumata əsasən hadisə baş verən anlarda evdə heç kim olmayıb.

Məmmədovlar ailəsi qohumlarına qonaq gedibmiş. Məhz bu səbəbdən yanğının başlaması və alovlanmasından gec xəbər tutulub.  Hadisə barədə ailəyə və yanğınsöndürənlərə yaxınlıqdakı qonşular xəbər verib. 

Hadisə yerində aparılan ilkin təhqiqat və ehtimallara görə yanğın evin çardaq hissəsindən keçən elektrik naqillərində qısaqapanmadan sonra baş verib. Çardaq hissədə naqillərdə tüstülənmə sonra alova çevrilib. 

Qeyd edək ki, hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Lakin evin əsas hissəsində yanğını söndürmək mümkün olmayıb. Sadəcə yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. 
Yanğının baş vermə səbəbləri müvafiq qurum tərəfindən araşdırılır. 
 



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO