“Ana harayı” abidəsini ziyarət etmək üçün AXIN başlayıb - FOTO

“Ana harayı” abidəsini ziyarət etmək üçün AXIN başlayıb - FOTO

Hazırda oxunan: “Ana harayı” abidəsini ziyarət etmək üçün AXIN başlayıb - FOTO

179873

Tariximizin dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonundakı "Ana harayı" abidəsi ziyarət olunur.

Bizim.Media-nın məlumatına görə, ziyalılar, ictimaiyyət nümayəndələri, habelə sıravi vətəndaşlar abidənin önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar.

Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan anım mərasimi göstərir ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar.

Şəhərin 613 sakini, o cümlədən 63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.












Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO