Polis Qubada əməliyyat keçirdi: 5 nəfər tutuldu - FOTO

Polis Qubada əməliyyat keçirdi: 5 nəfər tutuldu - FOTO

Hazırda oxunan: Polis Qubada əməliyyat keçirdi: 5 nəfər tutuldu - FOTO
178981
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Bakı şəhər sakinləri Vüqar Kərimov, Eltac Quliyev, Vadim Abramov, Sumqayıt şəhər sakini Elşən Quliyev və Quba rayon sakini Tural Əliyev saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman 2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, eləcə də 2 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd tapança aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tural Əliyevin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, digər şəxslərin barələrində isə həbs qətimkan tədbiri seçilib.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO