Qərbi Azərbaycan İcmasından Paşinyana CAVAB: “Yalan danışıb, böhtan atıb” 

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Paşinyana CAVAB: “Yalan danışıb, böhtan atıb” 

177761

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyanın son müsahibəsində səsləndirdiyi fikirlərə cavab verib. 

Bizim.Media xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib. 

“Ermənistanın Baş naziri Nikol Paşinyan son müsahibəsində növbəti dəfə yalan danışıb və Azərbaycana böhtan atıb. Bu həmin Ermənistandır ki, 30 il ərzində beynəlxalq hüququ, BMT Nizamnaməsini, elə Nikol Paşinyanın xüsusi olaraq istinad etdiyi 1991-ci il Almatı bəyannaməsini pozaraq Azərbaycan ərazilərini işğal edib.

Bu həmin Ermənistandır ki, 2022-ci ilin sentyabr ayına qədər siyasi leksikonunda “ölkələrin ərazi bütövlüyü və suverenliyi” ifadəsi yer almayıb. 

2019-cu ildə vaxtilə işğal edilmiş ərazilərdə “Qarabağ Ermənistandır və nöqtə” deyən, Vətən müharibəsi zamanı Azərbaycan ərazilərində hərbi toplantılar keçirib hücum əmri verən, biz Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən bir şəxsin Azərbaycanın qələbəsindən sonra acınacaqlı vəziyyətə düşərək indi özünü beynəlxalq hüquqa sadiq tərəf kimi göstərməsi “timsah göz yaşları”ndan başqa bir şey deyil. 
Bir yandan “Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıq” deyib, o biri tərəfdən 2021-2026-ci il üzrə Ermənistan hökumətinin fəaliyyət planında “Dağlıq Qarabağın statusu”, “xilas naminə ayrılma” kimi Azərbaycanın suverenliyini təhdid edən qondarma ifadələrə yer verməklə, beynəlxalq məhkəmələrə iddialarda Qarabağı Azərbaycandan kənar bir ərazi kimi təqdim etməklə sülh müqaviləsi olmur”, - bəyanatda vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO