Paytaxtda yeni söküntü işləri başlayıb - VİDEO

Paytaxtda yeni söküntü işləri başlayıb - VİDEO

Hazırda oxunan: Paytaxtda yeni söküntü işləri başlayıb - VİDEO

177481

Bakının Yasamal rayonunda yerləşən keçmiş "Sovetski" adlanan ərazidə yaradılan mərkəzi parkın üçüncü hissəsində yenidənqurma və abadlıq işlərinə başlanıb.

Bizim.Media xəbər verir ki, işlər Təzəpir məscidinin yaxınlığında yerləşən ərazidə aparılır.

Bəs işlər nə zaman yekunlaşacaq və parkın üçüncü hissəsi nə zaman istifadəyə veriləcək?

Birinci hissəsi 2019-cu ildə istifadəyə verilən parkın 3-cü hissəsində yenidənqurma işləri aparılır.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühaəndisi Fəxri Hüseynov qeyd edib ki, hazırda mərkəzi parkın 3-cü hissəsində 8,2 hektar ərazidə  abadlıq işləri başlayıb. Prosesə Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri nəzarət edir.
İcraçı şirkətin nüməndələrindən verilən məlumata görə, parkın üçüncü hissəsinin noyabr ayında sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO