Kiyev Rusiya qazının tranzitini dayandırsa… - Sloveniyadan XƏBƏRDARLIQ

Kiyev Rusiya qazının tranzitini dayandırsa… - Sloveniyadan XƏBƏRDARLIQ

Hazırda oxunan: Kiyev Rusiya qazının tranzitini dayandırsa… - Sloveniyadan XƏBƏRDARLIQ

175356

“Əgər rəsmi Kiyev Rusiya qazını nəqlindən imtina edərsə, bu, onlar üçün ağır nəticələr doğuracaq”. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu xəbərdarlığı Slovakiyanın baş naziri Robert Fiko səsləndirib.

"Düşünürəm ki, bunu etsələr, böyük bir səhvə yol verəcəklər" - deyə Fiko əlavə edib.

Baş nazir xatırladıb ki, Rusiyadan karbohidrogen enerjisini təkcə Slovakiya deyil, İtaliya və Avstriya da alır.
Qeyd edək ki, Ukraynanın “Naftoqaz” və Rusiyanın “Qazprom” şirkəti arasındakı qazın nəqli ilə bağlı müqavilə 2024-cü ilin sonunda başa çatır. 

R.Fiko isə əmindir ki, tərəflər istəsələr, problemin həllini tapmaq mümkündür:

“Məsələn, Slovakiya şirkətləri Ukraynanın qaz nəqli sisteminin imkanlarını icarəyə götürə və “Qazprom”la birbaşa müqavilələr bağlaya bilər. Bu tranzitin həyata keçirilməsinə zəmanət vermək üçün hər şey ukraynalıların iradəsindən asılı olacaq".

Baş nazir əlavə edib ki, Ukrayna Rusiya qazının nəqli üçün pul alır.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO