İrəvan Dram Teatrının binasının təmirinə ayrılan 3 milyon manatı KİMLƏR MƏNİMSƏYİB? – ARAŞDIRMA/FOTO

İrəvan Dram Teatrının binasının təmirinə ayrılan 3 milyon manatı KİMLƏR MƏNİMSƏYİB? – ARAŞDIRMA/FOTO

Hazırda oxunan: İrəvan Dram Teatrının binasının təmirinə ayrılan 3 milyon manatı KİMLƏR MƏNİMSƏYİB? – ARAŞDIRMA/FOTO

174750

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında aparılan təmir-bərpa işlərinin 5 ildir yekunlaşmaması barədə xəbər vermişdik. 

Qeyd edək ki, 2019-cu ildə ölkə başçısı Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, teatra bu məqsədlə 2 milyon manat vəsait ayrılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan Dövlət Dram Teatrının təmiri 5 ildir niyə YEKUNLAŞMIR? – Rəsmi AÇIQLAMA 


Əsaslı şəkildə təmir olunan bina isə 2020-ci ilin dekabrın 25-də təhvil verilməli idi. Binanın təmirə başlamasından 5 il keçməsinə baxmayaraq, teatr hələ də təhvil verilməyib.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev də bu barədə fikirlərini Bizim.Media-ya bölüşərkən təmir işlərinin artıq bir ildən çoxdur dayandığını, hazırda orada heç bir işin getmədiyini, hətta təmirin bitmə tarixinin onlara da açıqlanmadığını qeyd etmişdi. 

Bizim.Media yenidən məsələni araşdırıb.

Məlum olub ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Binəqədi rayonunda, İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında qalan əsaslı təmir və yenidənqurma işlərinin satın alınması” ilə bağlı keçirdiyi tenderin qalibi 2022-ci ilin 13 oktyabrında “Era Construction” MMC olub.

Dövlət Xidməti qalib şirkətlə məbləği 3 milyon 88 min 101 manat olan müqavilə imzalayıb. 

Şirkət haqqında geniş məlumat tapmaq mümkün olmadığından, müqaviləni bağlayan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Qurum podratçının məhz elə “Era Construction” MMC  olduğunu bildirsə də, şirkətin əlaqə nömrəsini təqdim etməyib. 

Şirkət barədə məlumatları araşdırarkən bəlli oldu ki, sözügedən podratçı şirkət MMC olaraq 1 mart 2016-cı ildə Ramazan Səfərəliyev Əmir oğlu tərəfindən yaradılsa da, 2022-ci ilin 22 dekabrında adını və təşkilati-hüquqi formasını dəyişərək “ERA CONSTRUCTION” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Beləliklə, şirkətin rəhbəri də dəyişərək Elman Əzizov Miri oğlu olub. 

Maraqlısı isə odur ki, şirkət ad və təşkilati-hüquqi forma dəyişikliyini tenderi qazandıqdan ay yarım sonra edib. 

Qeyd edək ki, Mülki Məcəllənin 100.3-cü maddəsinə görə Qapalı Səhmdar Cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməlidir. Lakin uzun müddətdir apardığımız araşdırmalara görə, sözügedən şirkət haqqında əlavə məlumat əldə etmək mümkün olmayıb.

Mövzunu diqqətdə saxlayacağıq...








Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO