İrandan gətirilən narkotikin çatdırılmasını təmin edən şəxs TUTULDU - FOTO

İrandan gətirilən narkotikin çatdırılmasını təmin edən şəxs TUTULDU - FOTO

Hazırda oxunan: İrandan gətirilən narkotikin çatdırılmasını təmin edən şəxs TUTULDU - FOTO
174424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Samux rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.

Bizim.Media xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, Quba rayon sakini Azad Rəsulov Samux rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.

Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əlindəki çantadan ümumi çəkisi 11 kq-a yaxın olan marixuana, heroin və metamfetamin kimi müxtəlif növ narkotik vasitələrə aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Şöbə əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 18 fakt üzrə 13 kq-a yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Faktla bağlı araşdırmalar davam etdirilir.

İrandan gətirilən narkotikin çatdırılmasını təmin edən şəxs TUTULDU - FOTO - foto 1
İrandan gətirilən narkotikin çatdırılmasını təmin edən şəxs TUTULDU - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO