Neftçalada ağır QƏZA: Ölənlər və yaralananlar var – FOTO/VİDEO  

Neftçalada ağır QƏZA: Ölənlər və yaralananlar var – FOTO/VİDEO  

Hazırda oxunan: Neftçalada ağır QƏZA: Ölənlər və yaralananlar var – FOTO/VİDEO  

173824

Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub. 

Bizim.Media-nın məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil “KİA” markalı maşınla toqquşub. Qəza nəticəsində Cəlilabad rayon Göytəpə şəhər sakinləri, 1995-ci il təvəllüdlü Fərhadov İslam və 1998-ci il təvəllüdlü Yağnəliyev Vahid hadisə yerində ölüblər.
İki nəfər -Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri, 1957-ci il təvəllüdlü Bayramov Loğman Qüdrət oğlu, 1982-ci il təvəllüdlü Əliyev Habil Abasağa oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 
 



Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO