Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın iki müəlliminə “Əməkdar müəllim”x9d fəxri adı verilməsi barədə sərəncam imzalayıb.
Moderator.az Report-a istinadla xəbər verir ki, sərəncamda bildirilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Hacıyeva Sevil Məhəmmədəli qızına və Hüseynova Nəsibə Novruz qızına “Əməkdar müəllim”x9d fəxri adı verilsin.






































































































