Adil Əliyev:

Adil Əliyev: "Bu günün idmançıları sabahın səngərdə duran əsgərləridir"

Hazırda oxunan: Adil Əliyev: "Bu günün idmançıları sabahın səngərdə duran əsgərləridir"

173069
Moderator.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" adı altında kadetlər və yeniyətmələr arasında Azərbaycan birinciliyi keçirildi.xa0
Açılış mərasimində çıxış edən AKF-nin prezidenti,millət vəkili Adil Əliyev Ölkə Prezidenti İlham Əliyevin idmana, idmançılara göstərdiyi diqqət və qayğıdan bəhs edib. Diqqətə çatdırıb ki, yeniyətmələr arasında keçirilən respublika çempionatında 78 komandadan minə yaxın idmançı öz gücünü sınayacaq:"Üç gün davam edəcək yarışların qalibləri müxtəlif medal və mükafatlarla təltif olunacaqlar".
A.Əliyev çıxışında Qarabağ münaqişəsinə toxunub.
"Bu günün idmançıları sabahın səngərdə duran igid əsgərləridir. Federasiya olaraq vətənpərvər gənclərin yetişməsinə xüsusi önəm veririk. Federasiyada minlərlə vətənpərvər gəncimiz var. Bizim federasiyada məşqlərini davam etdirmiş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Çingiz Qurbanov torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak oldu",-deyə A.Əliyev vurğulayıb.

AdilAdilAdilAdilAdilAdilAdil
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO