Bakıda metrostansiyaların sayı 46-ya çatacaq

Bakıda metrostansiyaların sayı 46-ya çatacaq

Hazırda oxunan: Bakıda metrostansiyaların sayı 46-ya çatacaq

172406

Bakıda metrostansiyaların sayının 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək.
"28 May" stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq.

2027-ci ilədək "28 May"-"Cəfər Cabbarlı" keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,6 km-dən 73.4 km-ə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO