Qəzada həyatını itirən hərbçimiz Xaçmazda DƏFN OLUNDU – FOTO/VİDEO 

Qəzada həyatını itirən hərbçimiz Xaçmazda DƏFN OLUNDU – FOTO/VİDEO 

Hazırda oxunan: Qəzada həyatını itirən hərbçimiz Xaçmazda DƏFN OLUNDU – FOTO/VİDEO 

172107

Ötən gün Laçın rayonu ərazisində hərbi avtomobilin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səxavət Fərasət oğlu Axundovun cənazəsi bu gün səhər saatlarında doğulduğu Xaçmaz rayonunun Sayad kəndinə gətirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Səxavət Axundovla vida mərasimi öz evlərində keçirilib. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, yerli sakinlər, qazi və şəhid ailələrinin üzvləri vida mərasimində iştirak ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: 11 hərbçimiz qəzaya düşdü, ölən və yaralananlar var


Daha sonra Səxavət Axundovun cənazəsi Sayad kənd qəbrisitanlığına aparılaraq dəfn edilib.

19 yaşlı əsgərin atası, 1-ci Qarabağ Müharibəsi iştirakçısı Fərasət Axundov jurnalistlərə müsahibəsində oğlunun Vətən naminə həlak olmasından qürur duyduğunu deyib. Bildirib ki, özü də müharibə iştirakçısı olub. Ailənin böyük oğlu Nail də Vətən Müharibəsində Hərbi Dəniz Qüvvələrinin hərbçisi kimi sonacan iştirak edib. Səxavətlə sonuncu dəfə yeni il bayramında danışdığını söyləyən qürurlu ata bütün şəhidlərimizin xatirəsini hörmətlə anıb.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev həlak olan əsgər Səxavət Axundovun cənazəsi bükülmüş Azərbaycan bayrağını mərhmun atasına təqdim edib.

Rayon rəhbəri şəhidin dəfnində 10 mindən çox insanın iştirak etdiyini söyləyərək Səxavət kimi igid oğulların əziz xatirəsinin həmişə uca tutulacağını bildirib.

Qeyd edək ki, mərhum Səxavət Axundovlar ailəsinin 5-ci və sonuncu övladı olub.























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO