Cəlilabad qəzasında xəsarət alanların sayı 5-ə çatıb - YENİLƏNİB

Cəlilabad qəzasında xəsarət alanların sayı 5-ə çatıb - YENİLƏNİB

Hazırda oxunan: Cəlilabad qəzasında xəsarət alanların sayı 5-ə çatıb - YENİLƏNİB

171693

Cəlilabadda yol qəzasında xəsarət alanların sayı 5 nəfərə çatıb.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, qəza nəticəsində xəsarət alan daha bir nəfər - rayon sakini, 1976-ci il təvəllüdlü Yasər Məmmədov rayon xəstəxanasına müraciət edib.

***21:27

Cəlilabadda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, xəsarət alanlar 1947-ci il təvəllüdlü Püstəxanım Məmmədova, 1981-ci il təvəllüdlü Kamil Mirələmov, 2004-cü il təvəllüdlü Abidin Baloğlanov və 2002-ci il təvəllüdlü Röyal Ağaquliyevdir.

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda QƏZA: 4 nəfər xəsarət alıb


Qeyd edək ki, Cəlilabadın Şatırlı kəndi ərazisində "VAZ 2107" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobilləri toqquşub. Nəticədə  4 nəfər xəsarət alıb. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO