Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxıldı – FOTO  

Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxıldı – FOTO  

Hazırda oxunan: Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxıldı – FOTO  
170844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı Metropoliteni” QSC 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə silsilə tədbirlərinə başlayıb. 

Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib. 

Bayram ovqatlı tədbirlərə “İçərişəhər”, “28 May”, “Sahil”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının vestibüllərində müxtəlif oyuncaqlarla bəzədilmiş şam ağaclarının quraşdırılması ilə başlanılıb. 

Ənənəyə uyğun olaraq, qatarlardan biri bayram ovqatı ilə bəzədilib. Hər gün xətlərdə müxtəlif marşrutlar üzrə hərəkət edən bu qatarın ön hissəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, yan hissələri isə Yeni ilin rəmzləri ilə bəzədilib. 
Yeni ilin ilk günlərinə qədər bəzədilmiş qatar xətlərdə hərəkət edəcək, yolkalar stansiyalarda olacaq. 

Bakı metropoliteni 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər dəfə sərnişinlərinin xüsusi rəğbətlə qarşıladığı tədbirlərin hazırlığını da yekunlaşdırıb. Zəngin proqramlı tədbirlərə “İçərişəhər” stansiyasında retro vaqonların nümayişi, Şaxta baba ilə Qar qızın şən şousu, Bəhram Bağırzadə ilə görüş, 4 stansiyada konsert proqramları daxildir. Builki bayram tədbirlərinə daha biri də əlavə olunub. “İçərişəhər” stansiyasında Yeni ilə həsr olunmuş sərgi də açılacaq.

Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxıldı – FOTO   - foto 1
Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxıldı – FOTO   - foto 2
Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxıldı – FOTO   - foto 3
Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxıldı – FOTO   - foto 4
Bakı metrosunda xətlərə bəzədilmiş qatar buraxıldı – FOTO   - foto 5
 Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO