Pedoqoji Universitetdə təmirə görə tələbələrdən təhsil haqqı vaxtından əvvəl yığılır? – RƏSMİ AÇIQLAMA 

Pedoqoji Universitetdə təmirə görə tələbələrdən təhsil haqqı vaxtından əvvəl yığılır? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Pedoqoji Universitetdə təmirə görə tələbələrdən təhsil haqqı vaxtından əvvəl yığılır? – RƏSMİ AÇIQLAMA 

170128

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin adını çəkilməyini istəməyən tələbəsindən Bizim.Media-ya şikayət daxil olub.

ikayətdə deyilir ki, ödənişli bölmədə oxuyan tələbələrdən ikinci yarımilliyin təhsil haqqı vaxtından xeyli əvvəl tələb olunur. Tələbə iddia edir ki, təhsil haqqının bir qədər tez tələb olunmasının səbəbi dekanlığın bəzi otaqlarının təmiri ilə bağlıdır.

Məsələ ilə bağlı ADPU ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi Cavid Hüseynov Bizim.Media-ya bildirib ki, əvvəla sözügedən fakültənin dekanlığında hər hansı təmir işləri aparılmır:

“Digər tərəfdən isə Universitetin hər hansı binasının bir hissəsində aparılan təmir-bərpa işlərinin təhsil haqqının ödənilmə intensivliyinə heç bir təsiri ola bilməz. Tələbələrdən təhsil haqqı ilə bağlı hansısa tələb varsa, bu sadəcə olaraq normal təhsil ödənişləridir və smestrin sonuna qədər ödənməlidir.

Digər tərəfdən təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələr Təhsil Tələbə Kredit Fonduna müraciət edə bilərlər. Əgər subyektiv səbəblərdən ödəmə mümkün deyilsə, işçi qaydada universitetə ərizə ilə müraciət olunur və tələbələrə möhlət verilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO