Bakıda qatar kişini öldürdü

Bakıda qatar kişini öldürdü

Hazırda oxunan: Bakıda qatar kişini öldürdü

169858

Bu gün saat 08:59 radələrində Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin qatarı Keşlə mənzilində hərəkətdə olarkən 1991-ci il təvəllüdlü Elsevən Nadir oğlu Kərimov qəfil qatarın qarşısına çıxıb. 

Bizim.Media xəbər verir ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb. 

ADY bir daha piyadalara çağırış edərək onları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərindən yalnız müəyyən olunmuş yerlər və keçidlərdən istifadə etməklə təhlükəsiz hərəkət etmələrini ciddi tövsiyə edir. 
Qeyd edək ki, bu il ərzində insanların qatar yoluna qəfil çıxması nəticəsində 8 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xətlərini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO