Xankəndinə gedərkən qəzaya düşən PFL rəsmilərinin SON DURUMU - YENİLƏNİB - VİDEO

Xankəndinə gedərkən qəzaya düşən PFL rəsmilərinin SON DURUMU - YENİLƏNİB - VİDEO

Hazırda oxunan: Xankəndinə gedərkən qəzaya düşən PFL rəsmilərinin SON DURUMU - YENİLƏNİB - VİDEO

169288

Dekabrın 16-da saat 07:05 radələrindən Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər Peşəkar Futbol Liqasının (PFL) son durumu açıqlanıb.

TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

11.40

Ağdamda mikroavtobus maneəyə çırpılması nəticəsində xəsarət alan PFL heyətinin vəziyyəti bilinib.

Bizim.Media “trend.az”a istinadən xəbər verir ki, mikroavtobusda qəzaya düşənlərin vəziyyəti belədir:

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Peşəkar Futbol Liqasının prezidenti Xankəndinə gedərkən QƏZAYA DÜŞDÜ - VİDEO


Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;

Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;

Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) - L1 fəqərənin kompression sınığı;

Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) - Sağ diz oynağının əzilməsi;

Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;

Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) - Burunun küt travması.

Qeyd edək ki, mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil veriliblər.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO