Son günlər vətəndaşlardan neçə qanunsuz silah-sursat GÖTÜRÜLÜB? - FOTO

Son günlər vətəndaşlardan neçə qanunsuz silah-sursat GÖTÜRÜLÜB? - FOTO

Hazırda oxunan: Son günlər vətəndaşlardan neçə qanunsuz silah-sursat GÖTÜRÜLÜB? - FOTO
167996
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətəndaşlarda olan odlu silah-sursatların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, ötən günlər ərzində Səbail Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakinləri E.Hüseynov dünyasını dəyişən babasından qalan “İJ-18”, R.Əbilova dünyasını dəyişən həyat yoldaşından qalan “Chircill” və A.Kərimov dünyasını dəyişən atasından qalan “Toz-17” markalı ov tüfənglərini könüllü olaraq təhvil veriblər.

Əhalidə saxlanılan qanunsuz odlu silahların könüllülük prinsipi əsasında təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.

Həmçinin Badamdar qəsəbəsi ərazisində odlu silah-sursatın olması barədə daxil olan məlumat əsasında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib.
Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 1 ədəd “Kalaşnikov” avtomatı, 72 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd qumbara aşkar olunaraq götürülüb.

Son günlər vətəndaşlardan neçə qanunsuz silah-sursat GÖTÜRÜLÜB? - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO