Hacıbəy Heydərli:

Hacıbəy Heydərli: "7 fevral növbədənkənar prezident seçkiləri bu baxımdan Azərbaycan tarixində bir ilk olacaq"

Hazırda oxunan: Hacıbəy Heydərli: "7 fevral növbədənkənar prezident seçkiləri bu baxımdan Azərbaycan tarixində bir ilk olacaq"

167928

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli növbədənkənar seçkiləri tarixi hadisə adlandırıb:

“Düşünürəm ki, 7 fevral növbədənkənar seçkiləri Azərbaycan tarixinin ən önəmli seçkiləri olacaq. Çünki Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.

Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək. Prezident seçkiləri, ilk dəfədir ki, müstəqil Azərbaycanın bütün ərazilərində, kənd və şəhərlərində keçiriləcək”. 

Hacıbəy Heydərli deyib ki, Azərbaycan son 5 ildə tarixi zəfərlər qazanıb:

Prezident İlham Əliyev 2018-ci il inaqurasiya çıxışı zamanı bəyan etmişdi ki, Azərbaycan öz ərazilərində qorndarma rejimin olması ilə, torpaqlarımızım işğal altında qalması ilə barışmayacaq.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edildi, 2023-cü ildə lokal antiterror əməliyyatları nəticəsində isə ölkənin suverenliyi tam təmin olundu, qondarma rejim gorbagor oldu. Xankəndində hərbi parad keçirildi, Azərbaycan müharibədə tam qalib gələn ölkə kimi adını tarixə yazdırdı. 
Azərbaycan tarixi zəfər qazanmaqla yanaşı dünyada baş verən proseslərdə də aparıcı rola malik olduğunu sübut etdi. Koronavirus pandemiyası zamanı Prezident İlham Əliyev dünya lideri kimi proseslərin önündə idi. Bununla yanaşı istər Rusiya - Ukrayna müharibəsində, istər İsrail - Həmas müharibəsində Azərbaycanın mövqeyi, müstəqil xarici siyasəti dünya ölkələrinə nümunə ola bilər.

Baş redaktor qeyd edib ki, Azərbaycan xalqı 7 fevral günü də düzgün qərar verəcək:

"7 fevral - milli həmrəyliyin daha bir təntənəsi olacaq və bütün dünya buna şahidlik edəcək! Azərbaycan xalqı yenə də inkişafa, sabitliyə, tərəqqiyə səs verəcək".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO