Qubada sənədsiz silah-sursatlar polisə təhvil verildi - SİYAHI

Qubada sənədsiz silah-sursatlar polisə təhvil verildi - SİYAHI

Hazırda oxunan: Qubada sənədsiz silah-sursatlar polisə təhvil verildi - SİYAHI

166649

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon sakini E.Mirzəyev yol kənarından tapdığı 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 30 ədəd güllə, 4 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, “PK” pulemyot patronlarını üzərində saxlayan 1 ədəd sep və 1 ədəd patron qutusunu könüllü olaraq Quba RPŞ-ə təqdim edib.

Bundan başqa, keçirilən profilaktik tədbirlərin nəticəsində 1 ədəd ov tüfəngi təhvil götürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO