Bu gün bağça müəllimlərinin işə qəbulu üzrə TEST İMTAHANI KEÇİRİLƏCƏK

Bu gün bağça müəllimlərinin işə qəbulu üzrə TEST İMTAHANI KEÇİRİLƏCƏK

Hazırda oxunan: Bu gün bağça müəllimlərinin işə qəbulu üzrə TEST İMTAHANI KEÇİRİLƏCƏK
164592
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçiriləcək.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Bizim.Media-ya bildirilib ki, ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5038 namizəd dəvət edilib.

Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir.

Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı - 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO