Eks-bələdiyyə sədrinə 9, bacısına 8 il həbs tələb edildi

Eks-bələdiyyə sədrinə 9, bacısına 8 il həbs tələb edildi

Hazırda oxunan: Eks-bələdiyyə sədrinə 9, bacısına 8 il həbs tələb edildi

164305

Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edib. 

Prokuror bacıların verilmiş ittihamla təqsirli bilinmələrini, A.Əliyevanın 9 il, İ.Turkutun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Çıxışda qeyd edilib ki, İ.Turkut barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında həbs edilməlidir. 
Vəkillər Ceyhun Yusifov və Xavər İsmayılovaya müdafiə çıxışına hazırlaşmaları üçün 1 həftə vaxt verilib. 

Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknurTurkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. 

A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır. 

İttihama görə, bacılar aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim edib zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıblar. İttihamda qeyd edilir ki, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Amma özlərini təqsirli bilmədiklərini deyirlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO