Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün beton tirləri dayaqlar üzərinə montaj olunub.
Bizim.Media xəbər verir ki, ümumilikdə 22 ədəd tir çayın kənarlarında və məcrasındakı üç dayaq üzərinə yerləşdirilib. Yeni avtomobil körpünün inşasının noyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub.
İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni isə 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub.
İş icraçısı Musayəddin Qurbanov bildirib ki, bundan sonrakı mərhələdə tirlərin üzəri armaturla hörülərək betonlanacaq. Növbəti mərhələdə körpü üzərindəki yola asfalt döşənəcək. Bundan sonra körpü istifadəyə veriləcək.
“Bayram və bazar günlərində də körpünün tikintisi davam etdirilir. Noyabrın 11-dən dayaqların üzərinə tirlərin montaj olunmasına başlamışıq. Bu gün tirlərin hamısı yerinə qoyulacaq. Hazırda körpünün dayaqları üçün istinad divarlarının və mühafizə bəndlərinin tikintisi də davam edir. Körpünün noyabrın sonuna istifadəyə verilməsi nəzərdə tutulsa da, əlavə işlər hələ bir neçə ay davam edəcək”, - deyə iş icraçısı söyləyib.
Qeyd edək ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində, Qudyalçay üzərindəki körpü sentyabr ayının 15-də uçulub. Yeni körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilib.
Müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr aralıda inşa olunub. Xaçmazdan Xudat, Nabran, Yalama istiqamətinə və əksinə hərəkət edən avtomobillər müvəqqəti bu yoldan istifadə edirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:18 / 12.11.2023
Qudyalçay üzərində yeni körpünün tikintisində hansı işlər görülüb? - FOTO
Hazırda oxunan: Qudyalçay üzərində yeni körpünün tikintisində hansı işlər görülüb? - FOTO
Hazırda oxunan: Qudyalçay üzərində yeni körpünün tikintisində hansı işlər görülüb? - FOTO
164010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.