Bakıda dönərdən zəhərlənən şagirdlərin SON DURUMU 

Bakıda dönərdən zəhərlənən şagirdlərin SON DURUMU 

Hazırda oxunan: Bakıda dönərdən zəhərlənən şagirdlərin SON DURUMU 

161643

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.  

Məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb. 

Bildirilib ki, hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir. 
Xatırladaq ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO