Bizim.Media yazdı, Xaçmazda yola şlaqbaum qoyuldu - FOTO/VİDEO

Bizim.Media yazdı, Xaçmazda yola şlaqbaum qoyuldu - FOTO/VİDEO

Hazırda oxunan: Bizim.Media yazdı, Xaçmazda yola şlaqbaum qoyuldu - FOTO/VİDEO

161593

Qudyalçayın üzərindəki körpünün uçmasından sonra müvəqqəti salınan alternativ yola şlaqbaum qoyulub.

Bu, Bizim.Media-nın qaldırdığı məsələdən sonra reallaşıb. Bir neçə gün əvvəl müvəqqəti yol istifadəyə verilərkən yük avtomaşınlarının yolda hərəkət etdiyi barədə məlumat vermişdik.

Xaçmaz rayon icra hakimiyyətindən isə tezliklə yolda yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulacağı bildirilmişdi.

Artıq qurum vədinə əməl edib.Yolda Xaçmaz və Rusiya sərhədi istiqamətinə gedən döngədə şlaqbaum qoyulub.
Müşahidələrimiz zamanı yol polisi əməkdaşlarının yolda hərəkətin təhlükəsizliyinə nəzarət etdiklərini gördük.

 










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO