Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO 

Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO 

Hazırda oxunan: Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO 
158085
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən Əlirahim Hümbətov saxlanılıb. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 kiloqram tiryək, 251 qram heroin və 106 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələr göndərən şəxslə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub.

Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən ona deyilən yerdən narkotik vasitələri götürüb, başqa ünvana aparmaq istəyərkən yaxalanıb. 

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri zamanı isə narkotiklərin dövriyyəsində şübhəli bilinən Göyçay şəhər sakini Samir Qurbanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. 
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  - foto 1
Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  - foto 2
Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  - foto 3
Polis Göyçayda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var - FOTO  - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO