Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində HƏLAK OLDU

Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində HƏLAK OLDU

Hazırda oxunan: Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində HƏLAK OLDU

157775

Cəlilabad rayon sakini Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində həlak olub. 

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə respublikanın Qarabudaqkənd rayonunda qeydə alınıb.

Belə ki, hadisə tikilməkdə olan binanın dam örtüyünə beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini, 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq dünyasını dəyişib. 
Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.

Elşən Feyzullayev, cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO